Apple yeni bilərzik hazırlayır

14 İyun 2018 07:11

"Apple" şirkəti qan təzyiqini ölçmə funksiyasına malik fitnes bilərzik təqdim edə bilər. Yenilik tonometr prinsipi üzrə işləyəcək. ABŞ Patent və Əmtəə Nişanları Bürosu tərəfindən dərc edilmiş yeni patentin məzmunu bunu sübut edir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni həll "Apple"ın artıq mövcud qurğularına qoşula, arterial təzyiqin göstəricilərinə nəzarət edə və məlumatları sonrakı analiz üçün başqa qurğulara göndərə biləcək.

Yeni aksessuar uzadıla bilən manjet, ölçmə datçiklərinə malik sistemdən və əsas qurğu ilə əlaqə yaratmaq üçün interfeys dəstindən ibarətdir.

Milli.Az