Azərbaycanın qeyri-neft ixracı təqribən 20 faiz artıb

12 İyun 2018 17:11

2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 19,3 faiz artıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Nazir müavini qeyd edib ki, kənd təsərrüfatı məhsullarının ixracında 12,9 faiz, sənaye məhsullarında isə 23,65 faiz artım müşahidə olunub:

"Hesabat dövründə xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinin sayı 33,6 faiz artaraq 8979-a çatıb".

R.Məmmədov bildirib ki, ixrac olunan məhsulların çeşidi də 1936 növədək artıb: "Azərbaycanın böyük ixrac potensialı var".

Milli.Az