Sabiq "Xəzər Lənkəran"lının yeni iş yeri məlumdur

12 İyun 2018 16:39

Bir il "Xəzər Lənkəran"ın şərəfini qorumuş Oktay Derelioğlu fəaliyyətini Türkiyənin 1-ci divizionunda davam etdirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 42 yaşlı mütəxəsis Elazığspor-la anlaşıb. Klubun yeni prezidenti Hacı Murat Yümlü Derelioğluna etimad göstərmək qərarına gəlib.

Gənc çalışdırıcı daha öncə Kahramanmaraşspor və Gaziantepspor-da da işləmişdi.

Milli.Az