Kralının yeznəsinə 70 ay həbs - Korrupsiyaya görə

12 İyun 2018 16:25

İspaniya kralı VI Felipenin bacısı infanta Kristinanın həyat yoldaşı İnyaki Urdanqarini 5 il 10 ay müddətə həbs cəzasına məhkum edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İspaniya Ali Məhkəməsi qərar çıxarıb.

İ.Urdanqarin israfçılıqda, xidməti vəzifəsindən şəxsi məqsədləri üçün istifadə etməkdə, fırıldaqçılıqda, vergidən yayınmada təqsirkar bilinib.

Milli.Az