4 futbolçu azarkeşlərin hücumuna görə müqavilələrini ləğv etdi - FOTO

12 İyun 2018 15:31

Portuqaliyanın "Sportinq" klubunun 4 futbolçusu komandanı tərk edib. 

Milli.Az report-a istinadən xəbər verir ki, bunlar Jelson Martinş, Bas Dost, Vilyam Karvalyu və Brunu Fernandeşdir. Oyunçular təktərəfli qaydada müqavilələrini pozublar. 

Buna səbəb klub azarkeşlərinin məşq bazasında komandanın futbolçularına və məşqçilər heyətinə hücum etməsidir. Futbolçular bu hadisədə klub rəhbərliyini günahlandırırlar. 

Qeyd edək ki, daha öncə qapıçı Ruy Patrisiu və Daniel Podense də klubla müqavilələrini ləğv edib.

Milli.Az