Bağçada tərbiyəçilər kişilər olsun - Deputatdan təklif

12 İyun 2018 14:10

Azərbaycanda bağçada tərbiyəçilərin kişilər olması təklif edilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib.

O qeyd edib ki, Yaponiyada bağçalarda tərbiyəçilər ancaq kişilərdən ibarətdir:

"Orada qadınları tərbiyəçi kimi işə götürmürlər, hesab edirlər ki, uşaqların tərbiyəsi ilə kişilər məşğul olsa, daha faydalı olar".

Deputat Azərbaycanda da bu istiqamətdə sosial araşdırmalara başlamağı təklif edib.

Milli.Az