"Barselona" yeni qaydaya etiraz edir

12 İyun 2018 19:10

"Barselona" klubu İspaniya Superkubokunun əvvəlki qaydada təşkili  iddiası ilə çıxış edib. Belə ki, Kataloniya klubu ölkə superkuboku yarışının 2 oyunla ( ev sahibi və qonaq qismində)  keçirilməsinin tərəfdarıdır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu məsələ barədə məlumat "Barselona"nın mətbuat katibi Josep Vives tərəfindən yayılıb .

"Biz istəyirik ki, Superkubok uğrunda iki oyun keçirək. Ona görə ki, bu  turnir lap əvvəldən bu cür keçirilb. Yəni ənənə belədir. Digər tərəfdən, yarışın biz istədiyimiz  qaydada keçirilməsi oyunlardan birinə "Nou Kamp" stadionunun ev sahibliyi etməsi deməkdir. Bu isə klubumuza xeyli əlavə gəlir gətirə bilər",- mətbuat katibi  bildirib. 

Milli.Az