Milli Məclisin növbədənkənar iclasının gündəliyi dəyişdirildi

12 İyun 2018 12:28

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasının gündəliyi dəyişdirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin sədri Oktay Əsədov bildirib ki, müəyyən səbəblərdən 13-cü məsələnin müzakirəsi təxirə salınıb və iclasın gündəliyində 22 məsələ qalıb.

Qeyd edək ki, 13-cü məsələ "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri nəzərdə tuturdu.

Milli.Az