Fransada qatar relsdən çıxdı: yaralananlar var

12 İyun 2018 12:15

Fransanın Essonn departamentində sürətli qatarın relsdən çıxması nəticəsində 7 nəfər xəsarət alıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Elizabet Born məlumat verib.

Hadisəyə ilkin səbəb kimi yağan yağışlar nəticəsində relslərin sıradan çıxması olub.

Xəsarət alanların vəziyyəti orta ağır qiymətləndirilir.

Milli.Az