“Belçika və Xorvatiya dünya çempionatında sürpriz edə bilər”

12 İyun 2018 18:58

"Napoli"nin baş məşqçisi Karlo Ançelotti dünya çempionatındakı favoritlərini açıqlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis Braziliya, İspaniya, Almaniya və Argentina dördlüsündən birinin çempion olacağını düşünür.

Karlo Ançelotti mundialda sürprizə imza ata biləcək komandaların adlarını da açıqlayıb: "Təbii ki, əsas favorit Braziliyadı. Mükəmməl müdafiə xətti və dünyanın ən yaxşı hücumçularını bir araya gətirən Tite inanılmaz iş görüb. Dünya çempionu böyük ehtimalla Argentina, İspaniya, Almaniya, Braziliya "böyük dördlü"sündən biri olacaq. Belçika və Xorvatiya isə sürpriz edə bilər. Onların hər ikisi hazırda əla futbolçu nəslinə sahibdilər".

Qeyd edək ki, dünya çempionatına iyunun 14-də start veriləcək.

Milli.Az