Polis Helsinkinin mərkəzində silahla gəzən şəxsi güllələdi

12 İyun 2018 11:36

Finlandiyanın Helsinki şəhərində polislə küçədə silahla gəzən şəxs arasında atışma olub.

Milli.Az Sputniknews-a istiandla xəbər verir ki, hadisə səhər saat 6-da "Mannerheimintie" ilə "Korppaanmaentie" küçəsinin kəsişməsində baş verib.

Polisə kimliyi bilinməyən şəxsin küçədə əlində silahla gəzməsi barədə məlumat daxil olub. Hadisə yerinə gələn polislər silahlı şəxsi tabe olmağa çağırıblar. O, polislərə tabe olmadığına görə, onlar arasında atışma olub. Silahlı şəxs yaralanıb. O, xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bəxtiyar Umarlı
Milli.Az