Ana doğuş zamanı öldü - Siyəzəndə

12 İyun 2018 09:24

Siyəzən rayonunda doğuş zamanı ölüm hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, yerli sakin Aytən Möhübbət qızı Qasımova Siyəzən Regional Diaqnostika Mərkəzinin Doğum şöbəsində doğuş zamanı dünyasını dəyişib.

Yaxınlarının sözlərinə görə, ana tam sağlam olub, uşaq salamat doğulsa da, ana ölüb. Qadının bu uşaqdan başqa bir oğlu da var.

Faktla bağlı Siyəzen Prokurorluğunda araşdırma aparılır.

Milli.Az