Şahzadə yarıçılpaq FOTOlarını paylaşdı

12 İyun 2018 12:02

Yunanıstan şahzadəsi Olimpiya sosial şəbəkələrdəki profillərində açıq-saçıq fotolarını paylaşmağa başlayıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 21 yaşlı şahzadə İnstagram-dakı profilində bikinili fotolarını yayaraq "Untitled Entertainment" prodüsinq agentliyi ilə əməkdaşlığa başladığını yazıb.

Ceyson Vaynberq və Stefani Saymonun yaratdıqları həmin agentliyin müştəriləri arasında Keyt Hadson, Eşton Kaçer, Oliviya Uayld, Cared Leto və Naomi Uotts da var.

Olimpiyanın əmisi qızı, şahzadə Talita fon Fürstenberq isə model karyerasına başlamaq niyyətindədir.

19 yaşlı Talita məşhur modelyer Dayan fon Fürstenberqin qızıdır.

Milli.Az