177 kq çəkili Ömər 76 kq arıqladı - FOTO

12 İyun 2018 14:14

28 yaşlı Ömər Malikin çəkisi 177,8 kq idi. Londonun qərbində yaşayan bu gəncin gündəlik rasionu toplam olaraq ən azı 7 min kalori idi.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, o, həftədə 70 tost və ən azı 56 yumurta yeyirdi.

Lakin ötən ilin noyabrında Ömər arıqlamaq qərarına gəlmişdi.

"Həmin gün vanna otağına getdim və duş almaq istədim. Vannaya oturanda o, ağırlığıma dözməyərək çatladı. Bax, onda arıqlamağa qərar verdim".

Ömər həmin gündən sonra pəhriz saxlamağa, sağlam rasionla qidalanmağa və məşq etməyə başlayıb.

2015-ci ildə gündəlik rasionunu 3 min kaloriyə salan Ömər məşqlər və pəhriz sayəsində iki ildə 76,2 kq arıqlayıb.

"6XL paltar geyinirdim. Özümdən utanırdım. Bu səbəbdən də məşqlərə başladım. Müsəlman ailəsində böyümüşəm. Bizdə isə uşaq az yeyəndə onu sağlam hesab etmirlər", - Ömər söyləyib.

O, indi hər gün məşq edir, sağlam qidalanır.

Ömər "Ultimate Performance" fitnes agentliyində məşqçi-təlimatçı işləyir.

Milli.Az