Evinizdə bu səhvləri əsla təkrarlamayın - ZÖVQSÜZLÜK NİŞANƏLƏRİ - FOTO

12 İyun 2018 14:05

Britaniyada evlərdə və mənzillərdə interyeri korlayan, ən pis zövq nişanəsi olan atributlar seçilib.

Milli.Az bildirir ki, Daily Mail-in 2 min oxucu arasında keçirdiyi sorğunun nəticələrinə görə, ilk yerdə unitazaların üzərindəki "yumşaq xovlu örtük" gəlir

Sonrakı yerlərdə mənzillərdəki mənasız maskalar, suvenirlər, kiçik bəzək əşyaları durur.

Vanna otağının avokado rəngində, yəni açıq-yaşıl rəngdə dekor edilməsi də yolverilməzdir.

Psixodelik ornamentli dekorlar, yataq otağına televizor qoyulması, habelə qonaq və yataq otaqlarının tavanlarının rəngbərəng "asma alçipan"larla bəzədilərək ora rəngbərəng spot işıqların qoyulması da yolverilməzdir.

Britaniyalı dizaynerlər vurğulayırlar: otaqlarda əşyalar, xüsusilə mebel nə qədər az olarsa, o qədər yaxşıdır.

Milli.Az