"Aytən, çəkin qədər də üzün var" - iki nəfər "Maşın şou"dan getdi - FOTO

12 İyun 2018 09:13

"Maşın" realiti-şousunun ötən günkü buraxılışı da qalmaqalsız ötüşməyib.

Milli.Az xəbər verir ki, şounun 13-cü buraxılışında oyunu iki nəfər tərk edib. Belə ki, səsverməyə çıxarılan Uran 51 faiz "qalsın" toplayıb. O, Aytən Səfərovanı şoudan uzaqlaşdırıb. Lakin, Aytən çıxarılmazdan əvvəl, Pərvin Abıyeva öz istəyi ilə əlini maşından çəkib. O, şoudan çıxarkən Aytən Səfərovaya söz atıb:

"Səndə çox üz gördüm, Aytən. Çəkiniz qədər də üzünüz var. Siz həyatda yerinizi tapa bilməmisiniz ki, burda da tapasınız".

Aytən Səfərova ona qarşı qurulan oyundan təəccüblənib və vida çıxışı zamanı şouda qalanları təhqir edib:

"Sizin kimi çaqqallarla yox, Abbas kimi şirlərlə mübarizə aparmaq şərəfli olardı".

Emin
Milli.Az