Bolqarıstanda helikopter qəzası: ölən və yaralanan var

12 İyun 2018 08:23

Bolqarıstanda "Mi-17" hərbi helikopteri qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 2 nəfər ölüb, daha biri isə xəsarət alıb. Hadisə ölkənin Plovdiv şəhərində təlim uçuşu zamanı baş verib.

Qeyd olunur ki, helikopterin düşməsi nəticəsində iki hərbçi ölüb, bortmühəndis xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun huşu özündədir.

Milli.Az