Ələkbər Yasamallı: "Hüseyn dünəndən gah Abbasın, gah da Rozanın oğludu" - VİDEO

12 İyun 2018 00:10

Maşın"dan bilmədən əlini çəkərək ayrılan meyxanaçı Ələkbər Yasamallı dünən sosial mediada trend olan Hüseyn Əzizoğlu və Roza Zərgərli barədə açıqlama verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, sənətçi Roza Zərgərlinin yaxşı oyun apardığını deyib.

Meyxanaçı Hüseyn barədə isə ürəkaçan sözlər işlətməyib:

"Hüseyn kimin oğlu idi bilmirəm. Dünəndən gah Abbasın oğludu, gah da Rozanın. Sizə bir sirr açım: Burada bilmişəm ki, sən demə, Abbas Bağırovnan qardaşam. Çünki Hüseyn mənə də əmi deyirdi. Deyir ki, Yasamallıyam, ancaq biz tərəfdə belə şey yoxdur. Bu niyə belə çıxıb atasından - Abbasdan soruşmaq lazımdır".

Sözügedən açıqlamanı təqdim edirik.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ələkbər Yasamallı: