İşgəncə verilən bağçadan uşaqlar çıxarıldı, icra başçısı da bağçaya gəldi - VİDEO - FOTO

11 İyun 2018 18:10

Xəbər verdiyimiz kimi, Bakıdakı məşhur özəl bağçalardan birində -"Kids Studio"da uşaqlara qarşı kobud rəftarın videogörüntüləri yayılıb. 

Milli.Az bildirir ki, "Qafqazinfo"nun əməkdaşları uşaqlara işgəncələr verilən həmin bağçaya yollanıblar. 

Yasamal rayonu, Kazımzadə: 25 ünvanında yerləşən bağçada hazırda uşaqların olmadığı məlum olub. KİV nümayəndələrinə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır, bağça rəhbərliyi yaxın dəqiqələrdə mətbuata açıqlama ilə çıxış edəcək. 

Jurnalistləri içəri buraxmayan bağça əməkdaşları özləri də çölə çıxmamağı üstün tuturlar. Bildirək ki, bağçanın aylıq ödənişi 250 manatdır.

Valideynlərdən biri isə jurnalistlərə açıqlamasında bağçanın əməkdaşlarından razılıq edib. Hər hansı işgəncə faktının olmadığı deyib.

Artıq məsələ böyük rezonansa səbəb olub, elə bunun nəticəsi kimi də Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov da bağça ərazisinə gəlib.

Qeyd edək ki, uşaqlara qarşı kobud davranan şəxsin Firuzə Tağıyeva adlı tərbiyəçi olduğu deyilir.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

Uşaqlara işgəncə verildiyi deyilən bağçanın valideyni danışdı