46 yaşlı əməkdar artistin son halı görənləri TƏƏCCÜBLƏNDİRDİ - FOTO

11 İyun 2018 12:55

"Zaurla Günaydın" verilişində qonaq olan əməkdar artist Rafael İsgəndərovun xarici görünüşündəki dəyişiklik tamaşaçıların diqqətindən qaçmayıb.

Milli.Az xəbər verir ki, sosial şəbəkədə ünvanına cavanlaşdığı barədə şərhlər yazılan 46 yaşlı aktyor belə görünməyinin səbəbini açıqlayıb.

Rafael İsgəndərov 10 kiloqram arıqladığını bildirib:

"Vallah, bilməzdim mənim arıqlamağım xarici görünüşümə bu qədər təsir edəcək. Boyum 1.64 sm-dır. Düz 10 kilo arıqladım. 10 kilonun mənim boyda adam üçün böyük təsiri var". 

Qeyd edək ki, aktyor sözügedən proqrama bloqer oğlu Fuadla qatılıb.

Məhəmməd Vaqif
Milli.Az