Uşaqlara işgəncə verilən bağçanın adı bəlli oldu - "Bu, mənim öz uşağımdır" - YENİLƏNİB - VİDEO

11 İyun 2018 17:08

17:08

Xəbər verdiyimiz kimi, Bakıdakı məşhur özəl bağçalardan birində uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının açıq-aşkar əks olunduğu video yayılıb. 

Milli.Az bildirir ki, azxeber.com-a göndərilən videogörüntülər müxtəlif günlərdə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb və məlum olub, hər gün uşaqlara qarşı kobudluq olub. 
Azxeber.com-un məlumatına görə, adı hallanan bağça özəl bağçadır və Yasamal rayonu ərazisində yerləşir. Özəl bağçanın adı isə "Kids Studio"dur. Uşaqlar qarşı kobud davranan şəxsin adı isə Firuzədir.

Məsələ ilə bağlı azxeber.com adıçəkilən bağça ilə əlaqə saxlayıb. Bağçadan bildiriblər ki, həmin görüntü onların bağçasında olsa da, orada döyülmə faktı olmayıb: "Bu uşaq mənim öz uşağımdır və sadəcə, tənbeh etmişəm. Xəbərdə qeyd olunduğu kimi hallar olmayıb".

-----------
12:39

Azxebercom-a Bakıdakı məşhur özəl bağçalardan birində uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının açıq-aşkar əks olunduğu video-görüntü daxil olub. 

Görüntülər müxtəlif günlərdə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. Məlum olub ki, hər gün uşaqlara dözülməz zülm yaşadırlar. 

Milli.Az azxebercom-a istinadən xəbır verir ki, həmin bağçanın müvafiq icra hakimiyyəti orqanından lisenziyası da yoxdur. 

Həmin bağçanın adını bilsək də, hazırda dəqiqləşdirilmələr aparıldığı üçün, hələ ki, bu barədə informasiya vermirik. Bununla bağlı tərəfimizdən araşdırma aparılır və yaxın saatlarda həmin özəl bağçanın adını ictimaiyyətə açıqlayacağıq. Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunduğu deyilir.

Maraqlıdır ki, lisenziyası olmayan və psixoloji durumu yoxlanılmayan bir şəxsin uşaqlara xidmət göstərməsinə kim icazə verib?!

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda bağçada görünməmiş rəzalət uşaqlara işgəncə verilir