"Mançester Siti"dən fantastik təklif

11 İyun 2018 18:33

"Yuventus"un sağ vinqeri Duqlas Kosta "Mançester Siti" rəhbərliyinin maraq dairəsinə düşüb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "şəhərlilər" 27 yaşlı braziliyalının keçidinə gözünü qırpmadan 100 milyon avro xərcləməyə hazırdı.

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola da Kostanı "Bavariya"dakı fəaliyyəti dövründən yaxşı tanıyır.

Ötən həftə "Yuventus" 40 milyon avro ödəyərək Braziliya millisi ilə DÇ-2018-də iştirak etməyə hazılaşan futbolçunun transfer hüququnu "Bavariya"dan birdəfəlik aldı. Onun satışından əldə olunan gəlirlə Turin klubu "Latsio"dan Sergey Milinkoviç-Saviç və "Fiorentina"dan Federiko Kyezanın keçidini həll edə bilər.

Bir müddət əvvəl "Mançester Siti"nin "Lester"dən Riyad Mahrezi 75 milyon funta transfer edəcəyi söylənilirdi.

Milli/Az