Kimin qaçan cangüdənləri iş başında - VİDEO - FOTO

11 İyun 2018 15:18

Sabah Sinqapurda ABŞ prezidenti Donald Trampla Şimali Koreyanın lideri Kim Çen In arasındha danışıqlar aparılacaq.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, dövlət başçılarının təhlükəsizliyinin təminatı ilə bağlı Sinqapurda fövqəladə səviyyədə təhlükəsizlik tədbirləri görülsə də, Kim Çen Inın mühafizəsi ifrat dərəcədə güclüdür.

Sinqapurdakı görüşün təhlükəsizliyini 23 mindən artıq polis təmin edir.

Kim Çen Inla Cənubi Koreyanın prezidenti Mun Çje In arasındakı görüşdə dünyanın ilk dəfə gördüyü "qaçan cangüdənlər" Sinqapurda da eyni hərəkətləri icra ediblər.

10 cangüdən Kim Çen Inın olduğu avtomobili qaçaraq müşayiət edirdilər. Onlara nepallı qurkh şərbçilər də yardım edirlər.

Qara rəngli, zirehli Mercedes avtomobildəki Kim Çen In Sinqapurun mərkəzindəki "St.Regis" otelinə yollanıb.

Şimali Koreya liderinin avtomobili otelə çatmazdan 30 dəqiqə əvvəl ətrafdakı bütün yollar bağlanmışdı.

6 ulduzlu "St.Regis"də Kim Çen In bir gecəsinin tarifi 8 min dollar olan prezident apartamentində qalır.

ABŞ prezidenti Donald Tramp isə "St.Regis"dən 500 metr aralıdakı "Shangri-La" otelindədir.

Donald Trampla Kim Çen In arasındakı tarixi görüş sabah Sinqapurun Sentos adasındakı "Capella" otelində baş tutacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Kimin qaçan cangüdənləri iş başında