Hakerlər 172 milyardlıq ziyan vurub

12 İyun 2018 07:22

"Symantec" antivirus proqram təminatı istehsalçısı kibercinayətkarlıqla bağlı araşdırmanın nəticələrini açıqlayıb. 2017-ci ildə hakerlər internet istifadəçilərinə 172 milyard dollar məbləğində zərər vurublar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ümumilikdə kiberfırıldaqçılıqdan dünyanın 20 ölkəsindən (Avstraliya, Braziliya, Böyük Britaniya, Almaniya, Honkonq, Hindistan, İndoneziya, İspaniya, İtaliya, Kanada, Çin, Meksika, Niderland, Yeni Zelandiya, BƏƏ, Sinqapur, ABŞ, İsveç, Fransa və Yaponiya) 978 milyon nəfər zərərə məruz qalıb.

Zərərə məruz qalmış 978 milyon istifadəçinin 53%-i virusların, 38%-i bank kartları ilə əlaqədar fırıldaqçılığın, 34%-i isə fərdi hesablardan məlumatların oğurlanmasının qurbanı olublar.

Çində 352 milyon, Hindistanda 186,5 milyon, ABŞ-da isə 144 milyon nəfər haker hücumuna məruz qalıb.

Milli.Az