Bakıda oğurluqla məşğul olan əcnəbilərdən ibarət dəstə yaxalandı

1 Aprel 2010 11:19
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, martın 31-də saat 14:00 radələrində Yasamal rayonu, F.Ağayev küçəsində yaşayan İlqar Hüseynovun mənzilindən oğurluq edilməsinin qarşısı alınıb. Belə ki, açar seçmə yolu ilə oğurluğa cəhd edərkən Gürcüstan vətəndaşları Çeralaşvili İosib Qeorqeviç və Odişaryani Karlo Teymuriyeviç Yasamal rayon Polis İdarəsinin 27-c polis bölməsi əməkdaşları tərəfindən tutulublar.

İ.Çeralaşvilidən 0,160 qram, Karlo Odişaryanidən isə 0,165 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Anar Məmmədov
Milli.Az