Günün yuxuyozması
1 Sentyabr 2011 06:00
Milli.Az xəbər portalı Vanqa, Miller, Fred, Nastradamus, Loff və digər müəlliflərin kitablarına əsasən, yuxunuzu yozmağa çalışacaq.
Dazlıq - Röyada özünü daz görmək - yaxın vaxtlarda xoşagəlməz xəbərlər alacağınıza işarədir.
Matəm - Matəmlə ilgili röyalar, ümumiyyətlə, aydın günlərin xəbərçisi kimi yozulur.
Rels - yuxuda qatar relsi görmək - çox uzun və yorucu bir səfərə yozulur.
Sel - Yuxuda sel - düşmən hücumudur. Çoxlu yağışdan yaranan sel görmək - bir xəstəliyə, yaxud çətin və əzablı bir səfərə yozulur. Selin dərələri, evləri, dükanları basdığını görmək - selin, suyun tüğyan edəcəyinə, zülmə və ədalətsizliyə, yaxud hökmdar və ya dövlətə işarədir. Selin çayları basdığını görmək - güclü bir adamdan yardım istəyərək düşməni dəf edəcək və şərdən-bəladan qorunacaqsınız.
Vitamin - Röyada vitaminli dərmanlar içmək - sağlamlığınıza diqqət yetirməyin gərəkliyinə işarədir.
Milli.Az