Kafedə bıçaqlanma
1 Aprel 2010 10:33
Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, F.Məmmədov küçəsində yerləşən kafedə Bakı sakini, 40 yaşlı Rövşən Hüseynov mübahisə zamanı 33 yaşlı həmyerlisi Bahadur Məmmədovu bıçaqlayıb.
Zərərçəkmiş ağır xəsarətlə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az