Kiçik adadakı füsunkar malikanə - FOTO
1 Sentyabr 2011 05:41
"Belzberg Architects" memarlıq studiyası Havay arxipelaqındakı Kona adasında iqamətgahın dizaynını vulkanik dağlar və okeana tam açıq mənzərə ilə yerinə yetirib.
Milli.Az xəbər portalı "Art Design"a istinadən bildirir ki, layihə unikal evlər təklif edir. Həmin evlərdə iki yataq otağı, qonaq otağı, media-mərkəz, əsas yataq otağı və yaşayış məkanı var. Uzun dəhliz-qalereya layihənin əsas həlqəsidir.
Evin ekologiyasını qorumaq üçün elektroenerjini damdakı iki müstəqil fotoelement vasitəsilə əldə olunur. Qara lava Günəş vasitəsilə hovuzun suyunu qızdırır, yağış suyu üç qaba dolur və bütün ətraf ərazinin suvarılması üçün istifadəf olunur.
Evin eksteryerinin bəzədilməsində köhnə taxta-şalban xammal rolunu oynayıb.
Milli.Az






















