Portuqaliyadan darmadağın - VİDEO - FOTO

8 İyun 2018 08:37

Portuqaliya milli komandası Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq çərçivəsində Əlcəzair yığması ilə yoldaşlıq görüşü keçirib.

Milli.Az report.az-a istinadən bildirir ki, Lissabonun "Da Luş" stadionunda keçirilən görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda ilk qolun müəllifi 17-ci dəqiqədə fərqlənən yarımmüdafiəçi Qonsalu Quedeş olub. Fasiləyədək digər yarımmüdafiəçi Brunu Fernandeş portuqaliyalıların üstünlüyünü iki topa çatdırıb. Ona qol ötürməsini Kriştianu Ronaldu verib. İkinci hissənin əvvəlində Quedeş dublunu rəsmiləşdirib.

Portuqaliya DÇ-2018-in qrup mərhələsində İspaniya, İran və Mərakeş yığmaları ilə mübarizə aparacaq.

Yoldaşlıq oyunu

Portuqaliya - Əlcəzair - 3:0

Qollar: 1:0 - Quedeş - 17, 2:0 - Fernandeş - 37, 3:0 - Quedeş - 55

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Portuqaliya - Əlcəzair - 3:0