İnternetdə peyda olmuş videoçarxda Ukraynanın paytaxtı Kiyevdə adi məhəllə əks olunub. Osokorka səmtindəki bu həyətdə hər şey adidir. Təkcə səsdən başqa.
Milli.Az xəbər porntalı UNİAN-a istinadən bildirir ki, sanki paslanmış yelləncəyin cırıltısına bənzəyən bu səs dəfələrlə melodikdir. Üstəlik, inşaat maşınları və ya başqa texnikanın səsi deyil.
Bu məşum, aşağı tezlikli səsi əvvəlcə Osokorkadakı həyətin, sonra da Obolondakı mikrorayonun sakinləri eşidiblər.
Mütəxəssislər bu səsin ekskavatorun mexaniki çanağının çıxardığını deyirlər. Amma akustika üzrə ekspertlər bu versiyanı rədd edirlər.