Ulduz futbolçu “Qalatasaray”a keçmək istəyir

31 Avqust 2011 17:15
"İnter"lə bir illik müqaviləsi olan, lakin baş məşqçisini Qasperininin komandada saxlamaq istəmədiyi Salli Muntari Türkiyənin "Qalatasaray"a keçə bilər. Milli.Az xəbər portalının "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, ulduz futbolçunun meneceri Fabien İstanbuldadır. O, "Qalatasaray"ın idman direktoru Bülent Tulunla görüşüb. Əgər İstanbul klubunun baş məşqçisi Fatih Terim razılıq versə, Salli Muntarinin transferi reallaşacaq.

Eyni zamanda, Asamoa Qyanın da meneceri olan Fabienlə bu futbolçunun da transfer şərtləri barədə müzakirələrin aparıldığı bildirilir.

Milli.Az