“Şeytan aldatdı məni” - Dəmir barmaqlıq oğrusu özü dəmir barmaqlıqlar içinə düşdü - VİDEO - FOTO

7 İyun 2018 15:47

Xəzər Rayon Polis İdarəsi 2-ci polis şöbəsinin əməliyyatçıları Heydər Əliyev adına Hava limanından Bilgəh qəsəbəsinə gedən magistral yolun kənarlarında kanalizasiya sistemi üçün quraşdırılmış dəmir barmaqlıqları oğurlayan şəxsi saxlayıblar.

Milli.Az ARB TV xəbər verir ki, Buzovna qəsəbə sakini, 34 yaşli Cavidan Cabbarov dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib. 

O, oğurluğu özünə məxsus "Maz" markalı avtomobillə edib. 100-dən artıq dəmir barmaqlığın hər birini metal qəbulu məntəqəsinə 3 manata satdığını deyən Cavidan cinayəti 1 ay ərzində törətdiyini bildirib.

Cavidan Cabbarov - saxlanılan şəxs: ""Bakı Abadlıq"da işləyirəm, yolları sulayıram. 1 ayda oğurlamışam, aparıb vermişəm əlvan metal məntəqəsinə. Birini 3 manata satmışam. Peşmanam. Bir səhvdi də eləmişəm, boynuma alıram. Şeytan aldatdı məni".

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Şeytan aldatdı məni" - dəmir barmaqlıq oğrusu saxlanıldı