Google Çində fəaliyyətini dayandırdı
1 Aprel 2010 10:21
Belə ki, dünən çin vaxtı ilə axşam saat 5-dən etibarən istifadəçilər dünyanın ən populyar internet-resursuna daxil ola bilmirlər. Çin hökuməti təhdidini yerinə yetirərək, bununla öz vətəndaşlarını arzuolunmaz informasiyalardan qorumağa çalışdığını bildirib.
Ekspertlər konfliktin əsas səbəbi kimi Google şirkətinin kontekst reklam bazarında müvəffəqiyyətsizliyə uğraması ilə əlaqələndirirlər. Şirkət isə öz müvəffəqiyyətsizliyini qalmaqala çevirərək, bunun ÇXR-da kommunist partiyasının sərt senzurası ilə bağlı olduğunu bildirib.
Qeyd edək ki, Google dəfələrlə Çinin sərt senzura qaydalarını tənqid edib və bu qaydaları bir qədər yumşaltmağı istəyib. Çin hökuməti isə bunu ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirib, Google şirkətinə güzəştə getməyib.
/SİA/