İki it balaca qızı "qaçırdı"lar - VİDEO - FOTO

7 İyun 2018 16:28

Qızılı retiver cinsindən olan iki itin çarpayıdakı balaca qıza oradan "qaçmağa" yardım etdikləri anların əks olunduğu video sosial şəbəkələrdə sürətlə yayılır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ-ın Arizona ştatının paytaxtı Finisk şəhərinin sakinləri Kris və Nina Kardinalların qızları, 15 aylıq Xloya iki köpəyin yardımı ilə otağından çıxmağı bacarıb.

Kolbi və Blu adlı köpəklər otağın qapısını açaraq içəri giriblər, Xloyanı oyadıblar və onu otaqdan "çıxarıblar".

Bu anların əks olunduğu videoya sosial şəbəkələrdə artıq on milyonlarla insan baxıb.

Milli.Az