"Real" Beyllə bağlı qərarını verdi

1 İyun 2018 12:37

"Real" Qaret Beyllə yollarını ayırmayacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "kral klubu" uelsli yarımmüdafiəçi ilə yeni müqavilə bağlamağa hazırlaşır. Yaxın 2 həftə ərzində futbolçunun nümayəndələrinin Madridə gedərək, rəhbərliklə danışıq aparacaqları iddia olunur.

Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçinin "Real"la hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir. Onunla "Mançester Yunayted" yaxından maraqlanır.

Milli.Az