“Skype”ın işində problem yaranıb

31 May 2018 23:07

"Skype" proqramının istifadəçiləri videoçat servizinin işində ciddi pozuntunun yarandığından şikayət edir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu haqda "downdetector.com" məlumat yayıb.

Nəşrin məlumatına görə, problemlə bağlı şikayətlər Rusiya, Yaponiya, Britaniya, Niderland, ABŞ, İspaniya, Bolqarıstan, Rumıniya, İtaliya və Avstriyadan daxil olub.

Şikayətçilərin çoxu messencerə qoşula bilmədiklərini, qalanları isə mətn ismarıcları göndərə bilmədiklərini bildirir. Həmçinin bəziləri səsli ismarıcların göndərilməsində problemin olduğunu iddia edir.

Milli.Az