ABŞ hərbi təyyarəsi Ərəbistan dənizində qəzaya uğrayıb

31 Mart 2010 18:50
Milli.Az xəbər portalı RİA "Novosti"-yə istinadən xəbər verir ki, təyyarənin dörd heyət üzvündən biri itkin düşüb. ABŞ Hərbi Hava Qüvvələrinin Bəhreyndə yerləşən donanma komandanlığının məlumatına görə, E-2C Hawkeye təyyarəsi "Sarsılmaz azadlıq" əməliyyatına dəstək uçuşu həyata keçirirmiş.

Ərəbistan dənizinin şimal hissəsində heyət üzvləri təyyarədə texniki nasazlıqlar aşkarlayıblar və katapulta barədə qərar qəbul ediblər. Üç təyyarəçi tapılıb, dördüncü heyət üzvünün isə axtarışları davam edir.

Milli.Az