Panama millisinin DÇ-2018 üçün yekun heyəti açıqlanıb

31 May 2018 12:05

Panama yığmasının 2018-ci il dünya çempionatı üçün 23 futbolçudan ibarət yekun heyəti açıqlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, baş məşqi Ernan Dario Qomes siyahıya 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi, 5 hücumçu daxil edib:

Qapıçılar: Xose Kalderon ("Çorrilyo"), Hayme Penedo ("Dinamo", Rumıniya), Aleks Rodriges ("San-Fransisko", ABŞ)

Müdafiəçilər: Felipe Baloy ("Munisipal", Qvatemala), Harold Kamminqs ("San-Xose", ABŞ), Erik Davis ("Dunayska Streda", Slovakiya), Fidel Eskobar, Mixael Murilyo (hər ikisi "Nyu-York Red Bullz", ABŞ), Adolfo Maçado ("Hyuston", ABŞ), Luis Ovalle ("Olimpiya", Honduras), Roman Torres ("Sietl", ABŞ)

Yarımmüdafiəçilər: Edqar Barsenas ("Tapaçula", Meksika), Armando Kuper ("Unversidad de Çili"), Anibal Qodoy ("San-Xose", ABŞ), Qabriel Qomes ("Bukaramanqa", Kolumbiya), Valentin Pimentel ("Plasa Amador"), Alberto Kintero ("Universitario", Peru), Xose Lus Rodriges ("Gent", Belçika)

Hücumçular: Abdiel Arroyo ("Alahuelense", Kosta-Rika), İsmael Dias ("Deportivo", İspaniya), Blas Peres ("Munisipal", Qvatemala), Luis Texada ("Sport Boyz", Peru), Qabriel Torres ("Huaçipato", Çili)

Qeyd edək ki, dünya çempionatının oyunları 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. G qrupunda yer alan Panama millisi iyunun 18-də Soçidə Belçika, iyunun 24-də Nijni Novqorodda İngiltərə, iyunun 28-də isə Saranskda Tunis yığması ilə qarşılaşacaq.

Milli.Az