Aprelin 1-nə olan hava proqnozu

1 Aprel 2010 06:00
Milli.Az xəbər portalına Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gün ərzində arabir yağış yağacaq, günün ikinci yarısında tədricən kəsiləcək.
Şimal küləyinin sürəti 9-14 m/s olacaq, arabir 16 m/s-dək güclənəcək, gündüz şimal-qərb küləyinin sürəti 7-12 m/s təşkil edəcək.

Havanın temperaturu gecə 6-8 dərəcə isti, gündüz 10-12 dərəcə isti təşkil edəcək.

Milli.Az