Məşhur prodüser əxlaqsız çıxdı
29 Avqust 2011 02:30
Məşhur prodüser Con Piters vaxtilə Barbra Streyzandın yaxın dostu olub. O, "Yağış adamı", "Tanqo və Keş", "Betmen", "Betmenin qayıdışı", "Supermenin qayıdışı" və s. filmlərin prodüseri olub, bir ara "Sony Pictures" kinostudiyasına rəhbərlik edib.
Milli.Az xəbər portalı "Entertaiment"ə istinadən bildirir ki, indi məşhur prodüser əxlaqsızlıqda suçlanıb.
Onun keçmiş köməkçisi Şelli Moritanın dediyinə görə, "Betmenin qayıdışı" filminin çəkilişləri ilə bağlı Avstraliyada olarkən Piters onu zorlayıb.
Hadisə 1992-ci ildə baş versə də, 44 yaşlı Morita 66 yaşlı Pitersi indi məhkəməyə verib.
Məhkəmənin qərarına görə, tanınmış prodüser qurbanına 3 milyon dollar məbləğində təzminat ödəməlidir.
Piters inadla "etməmişəm" desə də, məhkəmə 19 il sonra qəflətən intiqam almaq fikrinə düşmüş Moritanın tərəfini tutub.
Milli.Az