Rikkardodan mövsümdə ikinci qələbə

28 May 2018 11:46

Avstraliyalı sürücq pouldan başladığı yarışı zəfərlə başa vurub.

Milli.Az f-1.az bildirir ki, pouldan başlayan və startda mövqeyini qoruyan Rikkardo yarışın ikinci hissəsində problemlə qarşılaşsa da, Fettelə hücum imkanı belə verməyib və favorit olduğu yarışda inamlı qələbə qazanıb. Fettel çempionatdakı əsas rəqibi Həmiltonu qabaqlayaraq ikinci olub. Bu üçlükdən sonrakı yerləri Rəykkönen və Bottas tutublar.

Yarışa son yerdən başlayan Ferstappen xal zonasına düşməyi bacarıb. Fernando Alonso bu il ilk dəfə yarışı tamamlaya bilməyib.

Qeyd edək ki, bu, Danielin ilk üçlükdən start alaraq qazandığı ilk qələbədir.

Yarış barədə ətraflı daha sonra məlumat verəcəyik

Milli.Az