Ərdoğan ölkə vətəndaşlarını avro və dollardan imtina etməyə çağırıb

26 May 2018 18:19

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan ölkə vətəndaşlarını avro və dollardan imtina etməyə çağırıb.

Milli.Az report.az-a istinadən bildirir ki, o, seçki kampaniyası çərçivəsində Ərzurumda seçicilərlə görüşdə çıxışı zamanı ölkə vətəndaşlarına xarici valyutalarını türk lirəsinə çevirməyi tövsiyə edib. 

R.T.Ərdoğan bildirib ki, AKP-nin hakimiyyətdə olduğu dövrdə Türkiyə iqtisadiyyatı üç dəfə artıb, ölkədə zavodlar, su anbarları tikilib, yeni yollar salınıb. Gələn il Türkiyə öz avtomobil brendi üzərində də işləyəcək və növbəti illərdə istehsalına başlayacaq".

Milli.Az