Piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

25 May 2018 23:39

Mingəçevir şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Milli.Az report.az-a istinadən bildirir ki, 1952-ci il təvəllüdlü şəhər sakini Məmmədova Tamella Nəsib qızı Şəfa bağ massivində yolu keçən zaman "VAZ-2107" markalı maşın tərəfindən vurulub.

Qəza piyadanın ehtiyatsızlığı səbəbindən baş verib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az