Torres karyerasını bu klubda davam etdirəcək

25 May 2018 20:30

"Atletiko"dan ayrılan Fernando Torresin yeni klubu müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu karyerasını Yaponiyada davam etdirəcək. 

Torresin Sagan Tosu klubu ilə razılığa gəldiyi bildirilir. 

Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü bu mövsüm Madrid klubunda 45 oyuna 10 qol vurub.

Milli.Az