Əskişəhər Azərbaycanlılar Dərnəyi Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə futbol turniri təşkil edib.
Diasporla İş üzrə Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, "Tüm Sanayici İşadamları Derneği"nin dəstəyi ilə baş tutan turnirdə Əskişəhər Universitetində təhsil alan xarici tələbələr iştirak edib.
İdman yarışına 8 komanda qoşulub. Azərbaycan, Türkiyə, Qazaxıstan,Türkmənistan, Qırğızıstan, Əfqanıstan, Axısqa türkləri, İraq türkmənləri, komandalarının yarışında Türkmənistan komandası çempion olub. Əskişəhər Azərbaycanlılar Dərnəyinin rəhbəri Cavid Aydın "100 İL" kubokunu komandaya təqdim edib.
Yusif Nəsirli
Milli.Az