Prezident İlham Əliyevin bu sərəncamı insanlara ikiqat sevinc bəxş etdi

25 May 2018 10:17

Prezident İlham Əliyevin 28 May Respublika Günü ərəfəsində yüzlərlə insanı əfv etməsi dövlət başçısı tərəfindən atılmış növbəti böyük humanist addımdır.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, eyni zamanda Gənclər və idman komitəsinin üzvü Rauf Əliyev bildirib. 

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin bu sərəncamı ilə əfv olunanların ailələrinə ikiqat bayram sevinci bəxş edib: 

"Azərbaycan Xalq  Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab möhtərəm İlham Əliyevin ümumilli lider Heydər Əliyev siyasətinin mərhəmətlilik və humanizm ənənələrinə sadiq qalaraq, cəzadan azad olunacaq şəxslərin cəmiyyətimizə qovuşaraq müstəqil dövlətimizin inkişafı yolunda fəaliyyət göstərəcəklərini nəzərə alaraq növbəti əfv sərəncamı imzalayıb. Sərəncama əsasən, 634 nəfər əfv edilib. Artıq mühüm ümummilli dövlət bayramları ərəfəsində belə sərəncamların imzalanması ənənə halını alıb. Son illər ərzində ölkə prezidenti cəzasını çəkən məhbuslara qarşı humanistlik göstərərək minlərlə insana azadlıq bəxş edib.

Bu növbəti əfv sərəncamı 28 May Respublika Günü ərəfəsində əfv olunanların ailələrinə, yaxınlarına, qohumlarına ikiqat sevinc bəxş edib. Bu böyük humanist addımına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq hisslərimi bildirərək müstəqil Azərbaycan Respublikasının daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində apardığı yorulmaz fəaliyyətində ugurlar arzulayıram!"

İlkin İzzət
Milli.Az