Moskvada rəssam üç nəfəri girov götürüb - VİDEO

24 May 2018 23:56

Moskva sakini mənzildə olan insanları girov götürüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, həmin şəxs Molostovıx küçəsində üç nəfərdən ibarət ailəni ölümlə hədələyərək girov saxlayıb.

Hüquq mühafizə orqanları əməkdaşları dərhal həmin ünvana gələrək, cinayətkarla danışıqlar aparmağa çalışıb.

Saxlanılması zamanı həmin şəxs polisə müqavimət göstərib və özünə bıçaq xəsarətləri yetirib.  Girov götürülən uşaq və qadın sağ-salamat olsa da, cinayətkar ailənin başçısını bıçaqlayıb.

Sonuncu aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişib. İnsidentin məişət zəmində baş verdiyi bildirilir.

Cinayətkarın girov götürdüyü ailə onunla bir mənzildə yaşayan şəxslər olub.

"NTV" telekanalı sosial şəbəkə yazıları əsasında cinayətkarın 57 yaşlı rəssam Aleksandr Borovoy olduğunu müəyyən edib.

Hadisənin baş vermə səbəbi və halları araşdırılır.

Milli.Az