Tanınmışlardan əfvə kim düşüb?

24 May 2018 22:03

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv sərəncamı imzalayıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, əfv edilənlər arasında bir neçə tanınmış şəxsin adı var.

Onlardan ən məşhuru şair Saday Şəkərlidir (Şəkərov). Bundan əlavə, AXCP fəalı Elnur Fərəcov, Nardaran hadisələrinə görə tutulanlar Nadir Babayev, Əliağa Qasımov, Hilal Cabbarov, Ələkbər Qurbanov, Fail Şahbazov, Natiq Şahbazov, "hicab aksiyası"nda həbs olunan David Kərimov, Elşad Rzayev, eləcə də "Eurovision" keçirilən zaman tutulan Valeh Abdullayevin adı əfv edilənlər siyahısındadır.

Milli.Az