Səbaildə maşın hasara çırpıldı, bir nəfər öldü

24 May 2018 15:19

Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Milli.Az-a verilən məlumata görə, mayın 23-də saat 11 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Süleyman Vəliyev idarə etdiyi "QAZ-3110" markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə S.Vəliyevin sərnişini paytaxt sakini Bəhruz Həsənov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Milli.Az