Kolbasa-sosiska reklamları yığışdırılır - Rusiyada

23 May 2018 18:24

Rusiya Dövlət Dumasının səhiyyə komitəsi şirinləşdirilmiş qazlı suların, enerji içkilərinin, eləcə də kolbasa və sosiskaların reklamına məhdudiyyət qoyulmasını təklif edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, duzlu və yağlı məhsulların da reklamının azaldılması təkliflər arasındadır.

Bundan başqa, komitə qazlı içki istehsalçıları üçün vergilərin artırılması və bu məhsullara aksizlərin tətbiq olunmasını təklif edib.

Milli.Az